Kayli Minouq

Kayli Minouq
ing. Kylie Minogue
Ümumi məlumatlar
Doğum adı Kylie Ann Minogue
Doğum tarixi 28 may 1968(1968-05-28)[1][2][…] (55 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-mahnı yazarı, aktrisa, təşəbbüskar, bəstəkar, film prodüseri
Fəaliyyət illəri 1979-cu ildən
Janrlar pop musiqisi, dans-pop, elektropop[d], elektronik musiqi, art pop, müasir R&B[d][4][5][…]
Səs tembri soprano[6]
Albom şirkətləri EMI[d], Parlophone, Capitol Records[d], Warner Music Group[d], Geffen Records[d], BMG, Warner Records[d]
Mükafatları "Britaniya imperiyası" ordeni "Britaniya imperiyası" ordeni zabiti "Avstraliya" ordeni "İncəsənət və ədəbiyyat" ordeni kavaleri "Avstraliya" ordeni zabiti "Yüzillik" medalı
İmzanın şəkli
kylie.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[1][2][…], Melburn[3]) — Avstraliyalı pop müğənni[7], mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır[7]. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar.

Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı. Onun ikinci diski kommersiya gözləntilərini doğrultmadı və musiqi tənqidçilərindən qarışıq rəylər aldı, lakin sonradan rəyçilər bu albomu müğənninin ən yaxşı və ən xüsusi əsəri adlandırdılar. Meynstrim ümumi rəqs pop musiqisinə qayıdan Minouq Parlophone ilə müqavilə imzaladı. 2000-ci ildə o, Light Years albomunu buraxdı. 2001-ci ildə buraxdığı Fever albomu ilə müğənni əvvəllər az tanındığı ABŞ da daxil olmaqla dünyanın bir çox ölkələrində məşhurluq qazandı. Diskin ilk sinqlı "Can't Get You Out Of My Head" 2000-ci illərdə dünyada beş milyondan çox nüsxə ilə satılmaqla ən çox satılanlardan biri oldu[8]. Mahnı müğənninin vizit kartına çevrildi[8] . Növbəti albomlarda Minouq müxtəlif janrları sınaqdan keçirdi. Sonradan "Slow ", "2 Hearts" və " All Lovers " sinqlları Avstraliya və Britaniyada ilk onluğa daxil oldular.

Kayli Minouq 1989-cu ildə kinoda debüt etdi, 1994-cü ildə isə "Street Fighter " filmində əsas rolu oynadı. Minouq daha sonra Moulin Rouge, "Jack və Diana" və "Sacred Motors Corporation" filmlərində rol aldı. 2014-cü ildə müğənni The Voice UKThe Voice Australia istedad yarışmalarında münsiflər heyətinin üzvü olaraq iştirak etdi.

2005-ci ildə qastrol səyahətində olarkən müğənniyə döş xərçəngi diaqnozu qoyuldu. Sağaldıqdan sonra Minouq bu xəstəliyin qarşısının alınmasını təşviq etmək üçün xeyriyyə aksiyalarında və kampaniyalarda fəal iştirak etdi, bu fəaliyyətlərinə görə tibb üzrə fəxri doktoru adına layiq görüldü.

2008-ci ildə Minouq musiqi sənətində göstərdiyi xidmətlərə görə Şahzadə Çarlz tərəfindən Britaniya İmperiyası Ordenini və Fransa mədəniyyətinə verdiyi töhfələrə görə Fransa Hökumətindən İncəsənət və Ədəbiyyat Ordenini aldı.

Kayli Minouqun mahnıları dünyada 70 milyondan çox nüsxədə satılıb.

  1. 1 2 Kylie Minogue // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Kylie Minogue // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #123191645 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. https://web.archive.org/web/20110615165528/http://entertainment.timesonline.co.uk/tol/arts_and_entertainment/music/article5598850.ece.
  5. https://www.webcitation.org/6HPDGWEJB?url=http://www.urb.com/tag/kylie-minogue/.
  6. [Vocal Profile ] Kylie Minogue.
  7. 1 2 Simpson, Hayley. "Australia's 10 Most Legendary Music Artists" (ingilis). Culture Trip. 24 iyul 2018. 2019-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2019.
  8. 1 2 Lay, Kat. "Why you can't get that tune out of your head . ." (ingilis). The Times. 17 oktyabr 2013. 2013-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2013.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search